Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanla Qırğızıstan arasında dostluq, əməkdaşlıq Prezident İlham Əliyevin siyasi uğurudur

0

  •         Aprel ayının 20-də Azərbaycan Respublikasına səfər edən Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Prezident Cənab İlham Əliyevlə səmimi və faydalı siyasi dialoq mühitində keçən görüşü, ölkələr arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanması yeni siyasi reallıqlar şəraitində iki türk dövllətinin dərin və strateji münasibətlərini möhkəmləndirəcək.
         Qeyd edək ki, Azərbaycan və Qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birindən çox sıx tellərlə bağlıdırlar. İki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Qırğızıstanda 20 mindən çox azərbaycanlı yaşayır, onlar milli adət-ənənələrimizin, mədəni irsimizin zənginləşməsində sanballı töhfə vermişlər.
         Çox səmimi şəraitdə keçən görüşdə Prezident Cənab İlham Əliyevin bəyan etdiyi kimi bizim aramızda əsl qardaşlıq var, tam qarşılıqlı anlaşma var və hər bir məsələdə daha dərin strateji təmaslar quracağıq.
          Əlbəttə, iki ölkə arasında mədəniyyət, gündəlik duran əsas məsələlərdəndir və bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri mühüm yer tutur. Mehriban xanım Əliyevanın Qırğız Respublikasının birinci xanımı Ayqul Japara ilə görüşü də məhz iki ölkə arasında ictimai-humanitar, mədəni intibahda yeni yol açmaqla Onun müəllifi olduğu humanizm diplomatiyasının Türk regionunda daha da inkişafına səbəb olacaqdır.
         Prezident Cənab İlham Əliyev qeyd etmişdir: Biz buna dostluğumuzun və qardaşlıq münasibətlərimizin əlaməti kimi baxırıq. Bu gün Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində biz ikitərəfli qarşılıqlı fəaliyyətin geniş asbektini gözdən keçirdik, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər saldıq".
        Prezident İlham Əliyev qeyd etdiyi kimi: “Biz dost və qardaş dövlətlərik", artıq bu münasibətlər hər bir sahədə yaranan əmnəkdaşlıq, hər iki ölkənin bu günkü və gələcəkdə inkişafında mühüm rol oynayacaqdır.
    Gülçöhrə Əliyeva,Xocalı rayon sakini

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib40 dəfə
    Azərbaycanla Qırğızıstan arasında dostluq əməkdaşlıq Prezident İlham Əliyevin siyasi uğurudur

    Maraqlı gələ bilər
    70